Misli Premyer Liqasının XIV turunda "Sumqayıt" "İmişli"ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" son 4 oyunda 3 qələbə qazanmağı bacarıb.

Onlar hazırda 23 xalla 5-ci yerdədir.

Mövsümün sürpriz komandası "İmişli" isə 15 xal toplamağı bacarıb. Bölgə klubu 9-cu yerdədir.

Misli Premyer Liqası, XIV tur

9 dekabr (çərşənbə axşamı)

19:30 “Sumqayıt” – “İmişli”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu