Misli Premyer Liqasının VIII turunda "Sabah" "Zirə"yə 3:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Masqazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra məğlubiyyəti şərh edib:
"Sabah" ailəsini, azarkeşlərimizi, rəhbərliyi, oyunçularımızı təbrik edirəm. Layiq olduğumuz qalibiyyət əldə etdik. Nə edəyimizi bilirdik. Futbolçularım işini yaxşı gördü. İnamlı çıxış edən tərəf biz idik. I hissədə üstün tərəf biz idik. Rəqibə hörmət edirik. Ən yaxşı baş məşqçi işi görən komandalardan biridir. Bizim daha çox şansımız vardı. Əks hücumlarda rəqibi tutacağımızı bilirdik, bundan da istifadə etdik. İkinci hissədə oyun daha açıq keçdi. Matçın sonuna qədər hesabı qoruduq. Bu qalibiyyəti təsvir etməyə sözlərim yoxdur, bizdə əskik oyunçular vardı: Şafranko, İqor, Lens zədəli idi. Şans qazanan oyunçular yaxşı performans göstərdilər. Xəyalı, Maludanı qeyd etmək istərdim".



