"Qarabağ"ın futbolçusu Abdullah Zubir "Turan Tovuz"la matçda komandasının 2-ci qolunun müəllifi olub.
Offsideplus.az xəbər verir ki, bu, onun Misli Premyer Liqasındakı 50-ci qolu olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, 193 matçda 50 qola çatıb.
Zubir ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.
Mərakeşli futbolçu həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci dəfə fərqlənib. O, 71 qol vuran Mahir Emrelini geridə qoyaraq klub tarixinin 2-ci ən yaxşı bombardiri olub.
Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalır.



