"Sabah"ın baş məşqçisi Vasili Berezutski karyerasını Rusiya Premyer Liqasında davam etdirmək istəyib-istəmədiyi barədə sualları cavablandırıb. 

Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis Rusiyanın "Sport24" saytına açıqlamasında 

"RPL-də çalışmaq istərdim mi? Gələcəyi görə bilmərəm. Rusiya Premyer Liqasından təkliflər gəlsə, bu barədə düşünəcəm. Lakin bir çox faktorlar var: kim, nə, nə zaman, necə, niyə və nə məqsədlə. Suallar çoxdur, lakin gələcəyi bilmək olmaz. Hər şey mümkündür və bilinməzdir. Heç vaxt baş məşqçilik etməyəcəyim klub? Cavab verə bilmərəm".   

Qeyd edək ki, V.Berezutskinin Azərbaycan Kuboku finalından sonra "Sabah" klubundan ayrılması gözlənilir. "Sabah" - "Qarabağ" matçı 31 may saat 19:00-da baş tutacaq.