"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirin Offsideplus.az saytına müsahibəsini təqdim edirik. 

- Abdullah, mövsümü necə dəyərləndirərdiniz? 

- Cari mövsüm - həm avrokuboklar, həm də çempionat uzun oldu. Xüsusilə Avropa Liqası bizim üçün çətin keçdi. Gözlədiyimiz kimi olmadı. Lakin bu, təcrübənin bir hissəsidir. Liqada isə çempion olduq, buna görə çox şadıq. Azarkeşlərimizlə birgə qeyd etməkdən məmnunuq. 

- Gələcək sizin üçün nə vəd edir?

- Gələcəyimlə bağlı gələcəkdə qərar verəcəyik. İndi burdayam, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. 

- Bu gün azarkeşlərlə bir araya gəlmisiniz. Tərəfdarlara sözləriniz?

- Xoşbəxtəm ki, "Qarabağ" azarkeşləri həmişə bizimlədirlər və dəstəkləyirlər. Ümid edirəm ki, onlarla birlikdə Çempionlar Liqasının liqa mərhələsində də belə bayramlar edərik. 

- Azərbaycan Kuboku finalında nə baş verəcək?

- Bu, finaldır. Şanslar əlli-əlliyədir. Oyuna hazırlaşıb, qələbə qazanmağa çalışacağıq. 

- Mövsüm hələ bitməsə də, sezonu 1 sözlə ifadə etsəydiniz, bu, nə olardı? 

- Bir söz?! Möhtəşəm.