Azərbaycan Premyer Liqasının XXXIV turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:2) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, mütəxəsis “Neftçi”nin qələbəyə layiq olduğunu və müdafiədəki kobud səhvlərdən faydalandıqlarını bildirib. O, qonaqları seçilmiş futbolçulardan ibarət olan bir komanda kimi qiymətləndirib.

Məşqçi 4-cü yeri itirmək təhlükəsini hiss etmədiklərini, amma azarkeşləri sevindirə bilmədikləri üçün utanmaq hissi keçirdiklərini vurğulayıb.

Hakim idarəçiliyinə münasibət bildirən çalışdırıcı bu suala cavab vermək istəmədiyini və artıq çox şeyi başa düşə bilmədiyini qeyd edib.

Baş məşqçi hazırkı heyətin avrokuboklar üçün yetərli olmadığını bildirib. Transferlərlə bağlı suala cavab olaraq bu qərarın klubun prezidenti tərəfindən veriləcəyini vurğulayıb.