Emin Mahmudov "Neftçi" forması ilə 250-ci matçını keçirib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçu dünən keçirilən "Qarabağ"la görüşün 50-ci dəqiqəsində meydana daxil olaraq bu rəqəmə çatıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Emin 2017-ci ildən "Neftçi"də çıxış edir. O, "ağ-qaralar"ın heyətində eyni zamanda 58 qol vurub və 61 məhsuldar ötürmə edib.