AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevlə bağlı İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı aprelin 12-də Misli Premyer Liqasının XXX turunda “Sabah”la oyununun 19-cu dəqiqəsində meydana daxil olaraq, hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bundan sonra o, hakimləri təhqir edib.

AFFA İntizam Komitəsi K.Berdiyevi 3-ü şərti olmaqla, 5 oyunluq cəzalandırıb, "Turan Tovuz"u isə 4000 manat cərimələyib.

"Turan Tovuz"un qərarla bağlı verdiyi şikayət Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin edilməyib.