Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, sonuncu qarşılaşmada "Neftçi" "Zirə"ni qəbul edib. "Ağ-qaralar" hesabda 2:0 önə keçsə də, sonda məğlubiyyətlə üzləşməli olub - 2:4.
"Zirə" xalını 58 edib və 2-ci pillədəki yerini qoruyub. "Neftçi" 35 xalla 6-cıdır.
13 aprel
19:15. “Neftçi” - “Zirə” 2:4
Qollar: Ozobiç, 9. (1:0); Edvin Kuç, 23. (2:0); Utziq, 43. pen. (2:1); David Volkov, 61. (2:2), Rafael Utziq, 75, pen. (2:3), Ceyhun Nuriyev, 81 (2:4).
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Neftçi Arena”.