Abdullah Zubirə "Qarabağ"ın heyətində 300 oyun səddini keçməsi münasibətilə forma təqdim edilib.
Offsideplus.az xəbər verir ki, özəl formanı Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl "Zirə" ilə XXIX tur oyunundan öncə 33 yaşlı futbolçuya təqdim edib.
Qeyd edək ki, Zubirin 300-cü oyuna çatması Misli Premyer Liqasının XXVII turunda "Kəpəz"ə qarşı oyuna (0:0) təsadüf edib.
Xatırladaq ki, Abdullah Zubir 2018-ci ildən "köhlən atlar"ın formasını geyinir.