"3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi".

Offsideplus.az xəbər verir ki, bunu "Turan Tovuz" baş məşqçisi Kurban Berdıyev "Qarabağ"a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

O, bu mövsüm Ağdam klubuna ilk dəfə məğlub olmaqları barədə isə bunu deyib: "Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu".

Təcrübəli mütəxəssis problemin düzülüşdə olduğunu düşünür: "Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik".