Martın 28-də Misli Premyer Liqasında IV dövrə start götürəcək.
Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşıdakı tur ərəfəsində maraqlı statistik məqalə hazırlayıb
XXVIII turun mərkəzi görüşü Tovuz yerli "Turan Tovuz"la çempionatın lideri "Qarabağ" arasında olacaq. Matça prinsipiallıq gətirən ən əsas məqamlardan biri baş məşqçilərlə bağlıdır.
Belə ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən ilin yayından bəri "Turan Tovuz"da çalışan həmkarı Kurban Berdiyevə qalib gələ bilməyib - 0:1; 0:0; 1:2. Maraqlıdır ki, Ağdam klubu tarixində heç vaxt Tovuzda məğlubiyyət acısı dadmayıb.
Misli Premyer Liqası, XXVIII tur
28 mart (cümə)
“Turan Tovuz” – “Qarabağ” – 11 oyun, +2=2-7, top fərqi – 12-24
“Turan Tovuz” 3 matçdır uduzmur. “Qarabağ” səfərdə məğlub olmayıb.
29 mart (şənbə)
“Sumqayıt” – “Sabah” – 26 oyun, +8=4-14, top fərqi – 24-47
“Sabah” son 2 görüşdən qolsuz ayrılıb. “Sumqayıt” son 3 ev oyununda rəqib qapısına yol tapıb.
“Neftçi” – “Araz-Naxçıvan” – 11 oyun, +4=3-4, top fərqi – 22-7
“Neftçi” son 3 görüşdə qələbə qazanmayıb. “Araz-Naxçıvan” son 2 oyunda qalib gəlib.
30 mart (bazar)
“Zirə” – “Şamaxı” – 34 oyun, +14=13-7, top fərqi – 43-31
“Zirə” son iki oyunda 2 qol vurub və qələbə qazanıb. “Şamaxı” son 2 səfərdə uduzmayıb.
“Kəpəz” – “Səbail” – 15 oyun, +4=3-8, top fərqi – 15-26
Son üç matçda meydan sahibi olan komanda quru hesabla qalib gəlib. “Kəpəz” evdəki son iki qarşılaşmada qol vurub.