"Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm. Belə komandalarla qarşılaşmada erkən qol buraxdıqdan sonra toparlanmaq çətin olur".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasında "Zirə" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis doğma meydanda 0:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: "Zirə"nin əsas ümidi əks-hücumlara idi. Təəssüf ki, bizim dəyişikliklərimiz nəticə vermədi. Meydançanın mərkəzini rəqibə vermiş olduq və qapımızda ikinci qolu gördük. Oyun planında müəyyən problemlər var. Əsasən də ötürmələrlə bağlı çatışmazlıqları qeyd etməliyəm. Bunları aradan qaldırmağa çalışırıq. Məqsədimiz dəyişməz qalıb: avrokuboklara vəsiqə qazanmaq. Bunu bacaracağıız halda, mövsümü uğurlu saya bilərik".

Qeyd edək ki, "Tuan Tovuz" hazırda 42 xalla 4-cü pillədə qərarlaşıb.