“Sabah”ın müdafiəçisi Con İrasabal klubun akademiyasının qızlardan ibarət U-13 komandası ilə görüşüb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu komandanın üzvləri ilə görüşdə onlara öz məsləhətlərini verib, azyaşlı futbolçular üçün maraqlı olan sualları cavablandırıb. Daha sonra U-13 komandaya hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət U-13 komandası bu mövsüm ilk dəfə çempionatda iştirak edir.

 

3d85506a 4243 429d 8618 51da10c6830b - Futbolinfo.az