“Zirə” məşqçi Borçe Xristovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan "Zirə" çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Xirstov bundan sonra karyerasını vətənində davam etdirəcək. O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq və yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.