"Neftçi"nin kapitanı Emin Mahmudov klubun mətbuat xidmətinə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi flaqmanın təlim-məşq toplanışını dəyərləndirib:
“Təzə başlamışıq. Bizdə indi daha çox fiziki məşqlər olur. Çalışırıq ki, bunu yerinə yetirək. Çünki ilk dövrədə fiziki baxımdan problemlərimiz var idi. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. İnşallah ki, mövsümün ikinci yarısında fiziki baxımdan daha yaxşı təsir bağışlayacayıq”.
Millimizin üzvü futbol üçün darıxdığını bildirib:
“Zədəmin bərpası bir az uzun çəkdi. Elə bilirdim ki, 1-2 həftədən sonra komandayla məşqlərə başlayacam. Amma bir az problemlər üzə çıxdı. Həm məşqlər, həm də oyunlar üçün çox darıxmışam. Çalışacam ki, formamı bərpa edim və komandama kömək olum”.
Emin Mahmudov Misli Premyer Liqanın 19-cu turunda baş tutacaq paytaxt derbisi danışıb:
“Sabah”la oyunumuza 2 həftə qalıb. Fiziki və taktiki baxımdan hazırlıqlarımızı davam etdiririk. İkinci yarıda daha yaxşı çıxış etməliyik. Çünki kubok oyunlarımız var. Ümid edirəm ki, yaxşı nəticələr olacaq”.