"Sabah"ın çalışdırıcısı Vasili Berezutski Rusiya mətbuatına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, ÇSKA-nın mətbuat xidmətinə danışan mütəxəssis Çində başına gələn maraqlı hadisələrdən danışıb:
“Burada uşaqları döymək olar. Bu, mənim üçün normal deyil. Zaman-zaman təyyarədə valideynlərin balaca uşağını necə döydüyünü görürdüm. Nə edəcəyimi belə bilmirdim. Hətta ilk dəfə çaşıb qalmışdım. Deməyəcəyəm ki, mən bunu dəfələrlə görmüşəm. Amma üç-dörd dəfə belə halla qarşılaşmışam".