Misli Premyer Liqasının 16-cı turunda "Sabah" "Qarabağ"la heç-heçə etdi - 1:1.
Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Vasili Berezutski mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Maraqlı oyun oldu. Bizim üçün ağır görüş keçdi. Hesab ədalətli idi. Oyunumuzun məzmunu düzəltmək üçün hələ çox işləməliyik. Bundan öncə 120 dəqiqə oyun oynamışdıq. Rotasiyalar etmək imkanımız oldu. Lakin məzmunlu oyun oynamaq üçün hələ çox çalışmalıyıq. İkinci hissədə sönük təsir etdik. Yorğunluq hiss olunurdu. Lakin əks-hücumlarda fürsətlərimiz oldu. Bu günkü nəticə bizim üçün yaxşıdır. İlk hissə biz daha yaxşı idik. Öz tərzimizi ortaya qoyduq. Rəqibin hücum potensialının qarşısını ala bildik. Amma ikinci hissə əsl "Qarabağ"ı gördük. Daha istəkli idilər. Hücumda çox basqılı oyun sərgilədilər".