Rusiyalı mütəxəssis Valeri Qazzayev Moska MOİK-ində rəhbərliyi altında oynamış Vasili Berezutskinin "Sabah"a baş məşqçi təyin edilməsi ilə bağlı öz fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Çempionat" məlumat yayıb. Tanınmış idman nümayəndəsi bunları söyləyib:
"Vasili artıq MOİK-də Qonçarenkonun köməkçisi olub. Bundan başqa, qardaşı Aleksey Berezutski və Çində Slutski ilə də işləyib. Düşünürəm ki, yetərincə yaxşı təcrübə toplayıb. İndi Vasilini müstəqil iş gözləyir. Ümid edirəm ki, kifayət qədər uğurlu alınacaq. Bu, məsuliyyətli andır. Berezutski ilk dəfə baş məşqçi postundadır. Hər şey uğurlu alınsa, bu, onun karyerasının başlanğıcı olacaq. Köməkçi olmaq başqa şeydir, nəticəyə, oyun keyfiyyətinə cavab vermək başqa. Söylədiyim kimi, bu, onun karyerasının məsuliyyət tələb edən məqamıdır".