Bu gün Misli Premyer Liqasının 14-cü turunda "Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi - 2:0.

Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak etdi. Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik.Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik".