Misli Premyer Liqasının XI turunda "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşdı - 1:1.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Rəşad Sadıqov iştirak etdi.
Mütəxəssis görüş barədə bunları söylədi:
"Yüksək yerlər uğrunda mübarizə aparan komandaların oyununa şahidlik edirdik. Yaxşı oyun izlədik. Hücumlar var idi. Əks-hücumlarda rəqibi yaxalaya bilərdik. Amma alınmadı. Oyunun sonunda hər şey var idi. Sonda adi diqqətsizlikdən qapımıza penalti verildi. Qismət. Səfərdə "Araz-Naxçıvan" kimi komandadan 1 xal aldıq. Hesab 1:1 olandan sonra hücum edən tərəf biz idik. Komandamın oyunundan razı qaldım".