Dünyanın ən yaxşı məşqçilərinin siyahısı tərtib olunub.
Offsideplus.az xəbər verir, 500 mütəxəssisin olduğu cədvəldə Azərbaycanda çalışan 4 məşqçi də yer alıb.
Siyahıda olan yeganə həmyerlimiz Qurban Qurbanovdur. 1658 xala malik olan "Qarabağ"ın baş məşqçisi 140-cı pillədə yer alıb.
Azərbaycanda işləyən məşqçilər arasında ən yüksək reytinq "Turan Tovuz"un çalışdırıcısı Kurban Berdiyevə məxsusdur. Rusiyalı mütəxəssisin hesabında 1790 xal var. O, sıralamada 57-cidir.
Siyahıda Fernandu Santuş da yer alıb. Portuqaliyalı 1624 xalla sıralamada 183-cüdür.
“Neftçi”nin dünən istefaya göndərdiyi Roman Qriqorçuk dünyanın 414-cüsüdür. Onun hesabında 1480 xal var.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2239 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir. Antonio Konte 2089 xalla ikinci, Unai Emeri 2071 xalla üçüncüdür.