"Neftçi"də yeni təyinat həyata keçib. 

Offsideplus.az xəbər verir ki, klubun yeni Marketinq Departamentinin adı bəlli olub. 

Söhbət Kaan Cem Gültekindən gedir.

Daha əvvəl 3 il müddətində "Beşiktaş"da müvafiq vəzifədə çalışmış türkiyəli 3 gündür vəzifəsinin icrasına başlayıb. Bu barədə özü "Linkedin" hesabında qeyd edib.

Məlumatı hələ də klubun rəsmi saytı açıqlamayıb.