Bir futbolçu "Qarabağ"ı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, söhbət Hamidu Keytadan gedir. Fransalı karyerasını Türkiyədə davam etdirə bilər. Vingerlə Super Liqa təmsilçisi "Konyaspor" yaxından maraqlanır.
Bu məlumatı türkiyəli jurnalist Halil Yılmazer yayıb. Həmkarımız oyunçunun bu gün Konyada olacağını, Keyta ilə 2 illik müqavilə imzalacağını bildirib.
Qeyd edək ki, fransalı "Qarabağ"ın Avropa Liqası üçün iştirak ərizəsinə salınmayıb.