Misli Premyer Liqasının II turunda "Kəpəz" "Qarabağ"a məğlub oldu - 0:3.
Offsideplus.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında Adil Şükürov ötən mövsüm kollektivdə olan futbolçuların Premyer Liqanın digər klublarına keçməsinə münasibət bildirib:
"Bu yöndə də işlərimizi aparırıq. Əksər oyunçularla "1+1" şərtilə müqavilə imzalayırıq ki, gələn il komandanı gücləndirək. Futbolçularla 3 illik müqavilə imzalamaqla deyil, şərtlərini yerinə yetirmək lazımdır. Komandaya dəstək olmalıdır. Olmayanda, istəyirsən 10 illik müqavilə imzala, əhəmiyyəti qalmır. Futbolçunu saxlamaq üçün müəyyən artım olmalıdır. Ödəyə bilmiriksə, komandanın aparıcı oyunçuları gedir. Tam başqa fikirləşirdik, başqa şeylər qarşımıza çıxdı. Hər kəsdən də istəyirəm ki, mübariz "Kəpəz" üçün səbirli olsun".