Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin çalışdırıcısı Samir Abasov mətbuat konfransında iştirak etdi. 

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Çox ağır oyuna çıxmışdıq. Psixoloji durumumuz yaxşı deyildi. Uduzmaq bizə təsir etmişdik. Çox yorğun idik. "Fehervar" səfərindən sonra cəmi 1 gün vaxtımız oldu ki, çempionata hazırlaşaq. Oyunçular bacardılar. Əllərindən gələni etdilər. Uşaqların qələbə qazanacağını gözləmirdim. Çünki çox yorulmuşdular. Uduzsaydıq da, nəsə deyə bilməzdik. Sağ olsunlar! Oyunçularım əzmkar qələbə qazandı".