Azərbaycan futbolunda fasilədir.
Lakin klublarımız yeni mövsümün hazırlıqlarına indidən başlayıblar. 2024/25-ci “futbol ili” olduqca maraqlı keçəcək. “Turan Tovuz”u Kurban Berdiyev, “Neftçi” Roman Qriqorçuk çalışdıracaq. Onların təyinatı ölkə futbolunda canlanma yaradıb. Görəsən, bu iki mütəxəssis oturuşmuş Azərbaycan Premyer Liqasında baş çıxarda biləcəkmi? Yeni çalışdırıcılara nə lazımdır ki, uğur qazana bilsinlər?
Suallarımızı tanınmış məşqçi Azər Bağırova ünvanladıq. Mütəxəssis məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Hər iki məşqçi kifayət qədər təcrübəlidir. Düşünürəm ki, onlar əvvəlcədən gələcəkləri yerləri araşdırıblar. Buradakı situasiyadan dəqiq məlumatlar əldə ediblər. Nəticələri isə bizə zaman göstərəcək. Çünki hər komanda inkişaf edir və çalışmağa davam edir."