Bir müddət öncə Ayxan Abbasov “Turan Tovuz”la qarşılıq razılıq əsasında yolları ayırdı.

Hazırda Qərb təmsilçisi ilə birgə bir neçə çalışdırıcının adı hallanır. Redaksiyamıza daxil olan informasiyaya görə danışıq aparılan mütəxəssislər arasında U16 millimizin məşqçisi Aqil Nəbiyev də var. Məlumatı dəqiqləşdirmək üçün mütəxəssislə əlaqə saxladıq. Aqil bəy məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Adımın bu komanda ilə hallanmağı haqqda məlumatım yoxdur. "Turan Tovuz"dan mənə təklif gəlməyib."