Azərbaycanəsilli rusiyalı bloqer Dubayda canlı yayımda döyülüb. 

Offsideplus.az xəbər verir ki, canlı yayım zamanı rusiyalı bloqer Subo (Subhan Mamedov) çətin vəziyyətlə üzləşib. O, pop-MMA döyüşçüsünün UFC prezidentindən yardım istəmək üçün “diz çökdüyünü” iddia etdikdən sonra döyüşçü özünü saxlaya bilməyib və Subonu canlı efirdə vurub.

Məlumata görə, Subonun bu açıqlaması qarşı tərəfin qəzəbinə səbəb olub və insident birbaşa yayımda qeydə alınıb.

Qeyd edək ki, bu ilin əvvəlində Subo polis əməkdaşlarını hədəf alan ardıcıl piar və zarafatlar səbəbilə Rusiya vətəndaşlığından məhrum edilmiş və ölkəyə girişinə qadağa qoyulmuşdu.