Martın 7-dən 8-nə keçən gecə Las-Veqasda UFC 326 turniri keçiriləcək.
Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə Maks Hollouey (27-8) və Çarlz Oliveyra (36-11) BMF kəməri uğrunda üz-üzə gələcəklər.
Qeyd edək ki, 2015-ci ildə Hollouey Oliveyranı birinci raundda texniki nokautla məğlub etmişdi.
Əsas kartın digər döyüşləri belədir:
Kaio Borralyo (17-2) – Renye de Ridder (21-3)
Rob Font (22-9) – Raul Rosas-kiçik (11-1)
Drü Dober (28-15) – Maykl Conson (25-10)
Qreqori Rodriqes (18-6) – Bruno Ferreyra (15-2).
Əsas kartın döyüşləri Bakı vaxtı ilə təxminən saat 06:00-da başlayacaq.


