Almaniya millisinin yeni "1" nömrəsi bəlli olub.
Offsideplus.az xəbər verir ki, Yulian Naqelsmann "kicker" ilə müsahibəsində bildirib ki, Oliver Baumann gözlənildiyi kimi Almaniya milli komandasında Dünya Kubokuna əsas qapıçı kimi yollanacaq.
“Manuel Noyer vəzifəsindən çəkildi. Hələ də hesab edirəm ki, o, çox yaxşı vəziyyətdədir və əla qapıçıdır, amma Oliver Baumannla da bizdə müstəsna bir qapıçı var.
Əgər Oli indiki kimi davamlı və sağlam qalarsa, onun Dünya Kubokunda əla çıxışı olacaq. Qapıçı mövqeyində heç bir narahatlığımız yoxdur.


