Formula 1-də yeni mövsüm bu həftəsonu start götürəcək.

Offsideplus.az xəbər verir ki, ilin ilk yarışı Avstraliyada təşkil olunacaq.

Əsas yarış martın 8-də, Bakı vaxtı ilə saat 08:00-da start götürəcək.

Qeyd edək ki, F1-də son çempion "Maklaren"in pilotu Lando Norrisdir.

O, ötən mövsüm 423 xal toplayaraq Maks Ferstappenin 2 xal önündə bunu bacarıb.