Qadın futbolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
"Dalğa Arena"da saat 15:00-da start götürəcək oyunda baş hakim funksiyasını Anna Adamska yerinə yetirəcək.
Ona yan xətt hakimləri Yuliya Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim isə Mixalina Dyakov olacaq.


