Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" beynəlxalq turniri başa çatıb.
Offsideplus.az xəbər verir ki, reytinq xarakterli yarışın son günündə Azərbaycan millisi 1 qızıl və 2 gümüş medal qazanıb.
Son günün nəticələri:
-
60 kq: Finalda iki həmvətənimiz üz-üzə gəlib. Nihat Məmmədli qızıl, Nihad Quluzadə isə gümüş medala sahib çıxıb.
-
55 kq: Rəşad Məmmədov ardıcıl qələbələrlə finala yüksəlsə də, həlledici görüşdə rusiyalı rəqibinə uduzaraq gümüş medal qazanıb.
-
Digər çəki dərəcələrində (72, 82, 97 və 130 kq) təmsilçilərimiz mübarizə aparsalar da, fəxri kürsüyə qalxa bilməyiblər.
Azərbaycan millisi cari ilin ilk beynəlxalq turnirini ümumilikdə 2 qızıl və 3 gümüş medalla tamamlayıb. 128 xal toplayan yığmamız komanda hesabında 1-ci yeri tutub.
İlk üçlükdə sonrakı yerləri müvafiq olaraq Qazaxıstan (95 xal) və İran (89 xal) bölüşdürüb.


