Lionel Messi 2026-cı ildə ilk qollarını vurub.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun komandası "İnter Mayami" səfərdə "Orlando Siti" ilə qarşılaşıb.
Görüşün ilk hissəsi ev sahiblərinin üstünlüyü ilə başa çatıb - 2:0.
Messi və komanda yoldaşları fasilədən sonra geridönüş etməyi bacarıb.
Argentinalı bir cərimə zərbəsində olmaqla iki qola imza atıb və qələbədə vacib rol oynayıb - 4:2.
Onun qollarını sizə təqdim edirik:


