Yulian Naqelsmann "kicker"ə müsahibəsində Mark-André ter Ştegenlə bağlı vəziyyətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, Mark üçün məyusluğunu ifadə edib: “Mark üçün bu, açıq şəkildə son dərəcə faciəvi bir vəziyyətdir. Adi bir ötürmə kimi sadə hərəkətdən bu qədər ciddi nəticənin çıxması çox üzücüdür. Milli komandadakı tarixçəsinə baxsaq, indi növbə onun idi.” - deyə bildirib. 

Naqelsmann əlavə edib:

“Kitab tam bağlanmayıb, amma vəziyyətin çox çətin olacağı da aydındır. Çünki təkcə son zədə dövrünü yox, ondan əvvəlki müddəti də nəzərə almaq lazımdır. O, demək olar ki, bir ilə yaxındır çox az oyun keçirib – bu isə həddindən artıq azdır.”

Baş məşqçi bununla qapıçı mövqeyində seçimlərin çətin olacağını vurğulayıb.