Aleks Pereyra yüngül ağır çəki kəmərindən imtina edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt məlumat verib.

Beləliklə, UFC327 tədbirində baş tutacaq İrji Proxazka - Karlos Ulberq döyüşü kəmər mübarizəsinə çevrilib.

Bu döyüşün qalibi yüngül ağır çəkidə kəmərin yeni sahibi olacaq.

Qeyd edək ki, UFC327 aprelin 11-də baş tutacaq.