UFC döyüşçüsü Hamzat Çimayev ayağından əməliyyat olunduğunu və bunun səbəbindən ən azı 5 ay oktaqondan uzaq qalacağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, döyüşçü bildirib:
“Qayıdışım Ramazandan sonra olacaq. Hazırda ayağımdan kiçik bir əməliyyat keçirirəm. Məşqlərə ara verəcəyəm… Ramazandan sonra hazırlığa başlayacağıq. Kimisə qarşıma çıxarsalar, onunla döyüşərəm.”
Çimayevin bərpa prosesinə görə rinqə dönüş tarixi Ramazandan sonrakı aylara planlaşdırılır.



