“Düzünü desəm, orada kimin olmasının heç bir önəmi yoxdur”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri UFC üzrə çempion Həbib Nurməhəmmədov “Hustle Show” proqramına müsahibəsində deyib.

O, dostu UFC çempionu İslam Maxaçovun iyunun 14-də Ağ Evdə keçirilməsi planlaşdırılan UFC tədbirində döyüşməsi ilə bağlı fikirlərini bölüşüb:

“İslamın orada olması bizim üçün böyük hadisədir. Ancaq şəxsən məndən soruşsanız, onun orada döyüşməsini istəməzdim. Niyə? Sadəcə, yox”.