UFC-nin prezidenti Dana Uayt ağır çəkidə keçmiş çempion Con Cons barədə açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, 56 yaşlı biznesmen onu "Ağ Ev" kartında görmək istəmir:
"Mənim onunla razılaşmam var idi ki, o, Aspinalla döyüşəcək. Ancaq o, bunu etmədi. Özümü bir daha o vəziyyətə sala bilmərəm. Xüsusilə də "Ağ Ev" kartında".
Qeyd edək ki, D. Uayt Bakıdakı UFC tədbirindən sonra Con Consun təqaüdə çıxdığını açıqlamışdı. Bundan sonra Tom Aspinall ağır çəkidə kəmərin yeni sahibi olmuşdu.
C. Cons iki çəki dərəcəsində kəməri olan 11 döyüşçüdən biridir.



