Bu gecə UFC322 tədbiri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, əsas döyüşdə Cek Della Maddalena və İslam Maxaçev üz-üzə gələcək.

İslam bu döyüşdə qalib gəlsə, 2 ayrı çəki dərəcəsində kəmər sahibi olacaq.

UFC-nin prezidenti Dana Uaytın açıqlamasına görə, o, eyni zamanda qələbə qazanarsa, yeni P4P siyahısında İliya Topuriyanı geridə qoyaraq lider olacaq.

Qeyd edək ki, UFC322-nin əsas kartı sabah Bakı vaxtı ilə səhər saat 07:00-dan sonra başlayacaq.