Azərbaycan milli komandası sabah saat 21:00-da DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda növbəti oyunu çərçivəsində İslandiya ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, oyundan öncə yığmamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı baş tutub. 44 yaşlı mütəxəssis matç barədə fikirlərini bölüşüb:
"Sabah bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayırıq. Rəqibimizi İslandiya üçün də vacib oyundur. Futbolçularımıza inanıram. İnanıram ki, azarkeşlər bizi tək qoymayacaq. Rəqib son oyunda Fransadan xal qazandı, Ukraynaya uduzsalar da, məğlubiyyətə layiq deyildilər. İlk oyunda ağır məğlubiyyətə uğramışdıq. Futbolçulardan bunu unutmağı istədim. Bizim üçün ağır keçmişdi. İtkilərimiz var. Yığmaya dəvət alan futbolçular üçün şans var. Elvinin xəstələnməyi, Eminin oynayıb oynamamağı şübhə altındadır. Azarkeşləri sevindirməyə çalışacağıq. Bu oyun bizim üçün vacibdir



