DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Offsideplus.az xəbər verir ki, Ukrayna yığmasını baş məşqçisi Sergey Rebrov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. O, matçla bağlı fikirlərini bölüşüb:

"Biz heç bir komandanı zəif hesab edə bilmirdik. Yalnız son 10 dəqiqədə rəqib meydanında oynaya bildik. Problem Azərbaycanda yox, bizdə idi. Onlar əks-hücumlara çıxmaq üçün oynayırdılar. Belə meydanda oynamaq çətin idi".

Mütəxəssis bugünkü oyunda komandasının performasını dəyərləndirib:

"İlk olaraq ukraynalı fanatlardan üzr etmək istəyirəm. 1:0 hesabı ilə udsaq belə bu fikrimdə qalacaqdım. Oyunçularımın çoxunda zədə var idi. Deməzdim ki, Ukrayna Azərbaycandan pis oynayır. Onların çox oyunçusu "Qarabağ"da çıxış edir. Problem ordadır ki, biz bu gün hücumda çox pis oynadıq".