"Mahir Emreli ilə hələ martda keçirilən son təlim-məşq toplanışda danışmışam. O, öz klubunda axırıncı oyunlarda yaxşı təsir bağışladı".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün Riqada təşkil olunan mətbuat konfransında deyib.

Portuqaliyalı çalışdırıcısı 27 yaşlı hücumçunun güclü kluba transfer olunmasını arzulayıb: "Mahirin potensialı yüksəkdir. Əlbəttə, vacib amildir ki, o, öz səviyyəsinə uyğun komanda tapsın".

Xatırladaq ki, Emreli Almaniyanın 2-ci Bundesliqa təmsilçsi "Nürnberq"lə ötən ay başa çatan müqaviləsinin müddətini uztmayıb.