Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız yoldaşlıq görüşü çərçivəsində səfərdə Belarusla qüvvəsini sınayıb və 1:3 hesabı ilə uduzub.
Bu, martın 14-də baş məşqçi təyin edilən Ayxan Abbasovun U-21-də ilk məğlubiyyəti olub.
Onun rəhbərliyi altında komandamız martın 22-də 16 aylıq qələbəsizlik seriyasına son qoyaraq Moldovanı 2:0 hesabı ilə məğlub edib. Bundan 3 gün sonra Şimali Makedoniyaya qarşı keçirilən oyun isə qolsuz bərabərliklə nəticələnib.
Onu da əlavə edək ki, U-21 Belarus səfərindən sonra iyunun 8-də Sumqayıtda Monteneqro ilə üz-üzə gələcək.
4 iyun
Yoldaşlıq görüşü
20:00 Belarus U-21 - Azərbaycan U-21 3:1
Ruslan Milkovski, 38; Kirill Çepenkov, 41; Andrey Denisyuk, 50 - Raul Məmmədov, 22
Baranoviçi şəhər stadionu