Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığmamız ilk turda İngiltərə ilə qarşılaşıb.

Görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci hissədə 1:3 hesabı ilə uduzan həmvətənlərimiz fasilədən sonra əzmkarlıq göstərərək 4 qol vurublar. Komandamız qələbə topunu som saniyələrdə rəqib qapısından keçirib.

Futbolçularımızdan Ramil Əliyev (2 qol), Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə Skott Louson tərəfindən avtoqol kimi qeydə alınıb.

Matç İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunub.

Yığmamız sabah Belçika, mayın 25-də isə Litva kollektivlərinə qarşı çıxış edəcək.