21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız Şimali Makedoniya ilə qüvvəsini sınayıb.
Qarşılaşma 0:0 hesabı ilə nəticələnib.
Bu, martın 14-də U-21-in baş məşqçisi təyin olunan Ayxan Abbasovun yeni vəzifədə ikinci oyunu olub. Gənc çalışdırıcı 3 gün öncə yığmada debütünü qələbə ilə qeyd etmişdi. Komandamız Moldovaya 2:0 hesabı ilə qalib gəlmişdi.