Yoxlama oyunu çərçivəsində Belarusa qarşı matçdan öncə Azərbaycan millisinin təxmini start heyəti bəlli olub.
Offsideplus.az xəbər verir ki, tanınmış aparıcı Ceyhun Rzayev Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində yığmamızın "11-liy"ini qurub. C.Rzayevin seçimləri belə olub:
Rza Cəfərov, Toral Bayramov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Camalov, Coşqun Diniyev, İsmayıl İbrahimli/Səbuhi Abdullazadə, Mahir Emreli, Xəyal Əliyev, Renat Dadaşov.
Qeyd edək ki, Azərbaycan - Belarus görüşü bu gün saat 21:45-də start götürəcək.