Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası (U-21) yoldaşlıq görüşü keçirib.

Offsideplus.az xəbər verir ki, həmvətənlərimiz Türkiyənin Antalya şəhərndə Moldovaya qarşı mübarizə aparıblar.

Bu, martın 14-də baş məşqçi postuna təyin olunan Ayxan Abbasovun yeni vəzifədə ilk sınağı olub. Gənc məşqçi U-21-in rəsmi və yoxlama matçlarındakı 9 oyunluq uğursuz seriyasını (1 heç-heçə, 8 məğlubiyyət) dayandırmağa çalışıb və sevindirici haldır ki, istəyinə çatıb.

Yığmamız birinci hissədə 2 qol vuraraq, 16 aylıq fasilədə sonra qələbə qazanıb. Axırıncı dəfə 2023-cü il noyabrın 17-də Latviyanın yoxlama matçında üstələmişdik (1:0).

Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşü isə martın 25-də Şimali Makedoniyaya qarşı olacaq.

Yoldaşlıq görüşü, Antalya

Azərbaycan U-21 - Moldova U-21 2:0

Qollar: Oruc Məmmədov, 18; Sadıq Şəfiyev, 25