"Roma" Mats Hummels ilə bağlı yekun qərarını verib.
Offsideplus.az xəbər verir ki, "canavarlar" mövsümün sonunda müqavilə müddəti bitəcək olan almaniyalı ulduz ilə kontraktı yeniləmək istəmir. Bu barədə "Plettigoal" məlumat yayıb.
36 yaşlı oyunçu mövsümün sonunda komandadan ayrılacaq.
Qeyd edək ki, təcrübəli müdafiəçi ötən ilin sentyabrından İtaliya klubunda çıxış edir.